"Neftçi" Rumıniya klubuna qalib gəldi

"Neftçi" Rumıniya klubuna qalib gəldi
XƏBƏR 5 İyul 2018 / 20:06 7619
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın xəbərinə görə, “ağ-qaralar” Rumıniyanın “Politexnika” klubu ilə qarşılaşıb.

Görüş “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

5 iyul

Yoxlama oyunu

"Neftçi" - "Politexnika" (Rumıniya) 3:1
Qollar
: Rəhman Hacıyev, 23. Baqali Dabo, 64. Rəşad Eyubov, 90 - Aleksandru Zahariya, 57.

Qeyd edək ki, “Nefçi” daha əvvəl “Şkupi (Makedoniya, 2:0), “Dunarea Kalarasi” (Rumıniya, 2:0) və “Çelik”ə (Bosniya və Herseqovina, 4:1) qalib gəlib.

 


Son xəbərlər
topaz banner