“Araz”ın rəqibləri müəyyənləşdi - Çempionlar Liqası

“Araz”ın rəqibləri müəyyənləşdi - Çempionlar Liqası
XƏBƏR 5 İyul 2018 / 17:39 2527
-  A +

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkatması keçirilib.
 
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” əsas mərhələdə “Luçenec” (Slovakiya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq.

Bu mərhələnin oyunları oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək.

Qeyd edək ki, E qrupunda “Veles” (Makedoniya), “Valleta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovocobo” (Hollandiya), “Reading Futsal Klub” (İngiltərə), “Vytis” (Litva), “Murata” (San Marino) komandaları qüvvəsini sınayacaq. İlkin mərhələnin oyunları avqustun 28-dən sentyabrın 2-dək keçiriləcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner