"Napoli"dən 30 milyon avroluq transfer

"Napoli"dən 30 milyon avroluq transfer
XƏBƏR 5 İyul 2018 / 17:05 3352
-  A +

"Napoli" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İtaliya təmsilçisi "Betis"in yarımmüdafiəçi Fabian Ruisi alıb. 22 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "Napoli" 30 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, F.Ruis ötən mövsüm 35 matçda 6 qol vurub.


Son xəbərlər
topaz banner