"Qarabağ"ın rəqibindən heç-heçə

"Qarabağ"ın rəqibindən heç-heçə
XƏBƏR 5 İyul 2018 / 10:36 2126
-  A +

“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Olimpiya” Macarıstanda yoxlama oyunu keçirib.

Qol.az-ın məlumatına görə, Sloveniya təmsilçisi “Ferensvaroş”la (Macarıstan) qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.

“Olimpiya” cümə günü Misirin “Əl-Əhli” klubu ilə yoxlama görüşündə qüvvəsini sınayacq.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı oyunlar iyulun 11-də və 18-də keçiriləcək.


Son xəbərlər
topaz banner