Argentina millisindən Qvardiolya təklif

Argentina millisindən Qvardiolya təklif
XƏBƏR 4 İyul 2018 / 20:30 3971
-  A +

Argentina Futbol Federasiyası millinin baş məşqçisi vəzifəsinə "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanı gətirmək istəyir.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, hazırkı baş məşqçi Xorxe Sampaolini istefaya göndərməyə hazırlaşan qurum 47 yaşlı mütəxəssisə təklif göndərməyi planlaşdırır. Federasiya Qvardiolaya ilinə 12 milyon dollar qazanacağı və DÇ-2022-nin sonuna kimi müqavilə təklif etməyi düşünür.

Qeyd edək ki, Argentina 1/8 finalda Fransaya 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner