"İnter" argentinalı hücumçu aldı

"İnter" argentinalı hücumçu aldı
XƏBƏR 4 İyul 2018 / 16:44 3293
-  A +

İtaliyanın "İnter" klubu heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın Milan təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə,  Argentinanın "Rasinq" klubundan 20 yaşlı hücumçu Lautaro Martinesi transfer edilib. Gənc forvardla 5 illik müqavilə imzalanıb.

İtaliya klubu bu keçid üçün qarşı tərəfə 23 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, "Rasinq"in yetirməsi olan Martines əsas komandada meydana çıxdığı 48 qarşılaşmada 22 qol vurub.

Son xəbərlər
topaz banner