Quti yenidən "Beşiktaş"da

Quti yenidən "Beşiktaş"da
XƏBƏR 4 İyul 2018 / 16:10 4378
-  A +

İspaniya millisinin və "Real"ın sabiq futbolçusu Quti "Beşiktaş"da çalışacaq.

Qol.az-ın məlumata görə, bu barədə "Marca" xəbər yayıb. Veteran yarımmüdafiəçi İstanbul klubunda baş məşqçi Şenol Günəşin köməkçisi olacaq.

Bu gün 42 yaşlı məşqçinin "Beşiktaş"ın Slovakiyadakı təlim-məşq toplanışına qoşulacağı bildirilib.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Quti 2010-2011-ci illərdə "Beşiktaş"da çıxış edib. O, karyerasını məhz bu klubda başa vurub. Quti son olaraq "Real"ın U-19 komandasını çalışdırıb.

Son xəbərlər
topaz banner