"Qarabağ" "Sportinq"in futbolçusunu alır - iddia

"Qarabağ" "Sportinq"in futbolçusunu alır - iddia
ÖLKƏ FUTBOLU 4 İyul 2018 / 14:52 8826
-  A +

Bolqarıstan millisi və “Sportinq”in yarımmüdafiəçisi Simeon Slavçev karyerasını Azərbaycanda davam etdirə bilər.

Qol.az-ın Portuqaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 24 yaşlı futbolçu “Qarabağ”a keçir. Slavçev Lissabon klubunda tibbi müayinədən keçsə də, təlim-məşq toplanışında iştirak etmir. “Zerozero.pt” saytı bunu yarımmüdafiəçinin “Qarabağ”a transfer olacağı ilə əlaqələndirib.

Qeyd edək ki, son 2,5 ili icarə əsasında fərqli klublarda keçirən Slavçevin son komandası “Lexiya” (Qdansk) olub.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır