“Qəbələ”nin hücumçusu Rauf Əliyev Qol.az-a müsahibə verib. Sloveniyadakı təlim-məşq toplanışını dəyərləndirən futbolçu hazırda davam edən dünya çempionatı və digər məsələlər barədə də fikirlərini bildirib.
- Artıq 2 həftəyə yaxındır Sloveniyada hazırlıq keçirsiniz. Təlim-məşq toplanışı barədə nə deyə bilərsiniz?
- Normal qaydada hazırlaşırıq. Hər şey yaxşı gedir. Artıq toplanışın sonudur. Bu gün “Krakoviya” ilə sonuncu yoxlama oyunumuzu keçirib Bakıya qayıdacağıq.
- Bu oyuna qədər 2 yoxlama matçı keçirmisiniz. İlk oyunda “Kukesi” ilə heç-heçə edib, ikinci görüşdə Zaqreb “Dinamo”suna uduzmusunuz. Nəticələr Avroliqanın birinci təsnifat mərhələsinin “Proqres”lə oyunu öncəsi narahatçılıq yaratmır?
- Yoxlama oyunlarında nəticə elə də önəmli deyil. Əsas oyun keyfiyyəti, məşqçinin verdiyi tapşırıqları yerinə yetirməkdir. Adı üstündə - hazırlıq oyunudur. Nəticə Avroliqada olmalıdır.
- Sloveniyada ilk oyununuzu sabiq klubunuz “Kukesi”yə qarşı keçirdiniz. Bilirik ki, bu komandadan problemli ayrılmısınız. Maraqlıdır, həmin oyunda nələr yaşandı?
- Qeyri-adi heç nə baş vermədi. Bir-birimizlə normal qaydada görüşdük. Hər şey yaxşı oldu. “Kukesi”dən elə ciddi problemlə ayrılmamışdım.
- “Kukesi”dən ayrıldıqdan sonra bir müddət futbolsuz qaldınız. Sloveniyadakı hər iki yoxlama oyununda meydana çıxdınız. Özünüzü tam hazır hiss edirsiniz?
- Hər şey yoluna düşür. Məşqlərdə bütün gücümlə çalışıram. Əsas fiziki cəhətdən yaxşı olmaqdır. Şükürlər olsun, o da yavaş-yavaş düzəlir.
- “Qəbələ” heyətini nigeriyalı hücumçu Ceyms Adeniyi ilə gücləndirdi. Yaxın günlərdə daha bir forvardın alınacağı gözlənilir. Bu isə o deməkdir ki, sənin də çıxış etdiyin hücum mövqeyində rəqabət artacaq…
- Rəqabət hər yerdə, hər mövqedə olur. Heç nədən çəkinmirəm. Bəlkə də bu, mənim üçün daha xeyirli olacaq.
- Qarşıda Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Proqres” lə oyunları var. İlk matç Bakıda olacaq. Nə düşünürsən?
- “Proqres”i analiz etmişik. Ötən ilki nəticələrindən xəbərimiz var. Yaxşın günlərdə oyunlarını izləyəcəyik. Hər iki görüşdə yaxşı nəticə qazanıb, turu keçmək istəyirik.
- Rusiyada keçirilən dünya çempionatını izləmək imkanınız olur?
- Bəli, imkan olduqca oyunlara baxıram.
- Mundial necə keçir?
- Deyərdim ki, oyunlar çox maraqlı keçir. Sürprizlər, bol qollu matçlar olur.
- Maraqlıdır, hansı yığmaya azarkeşlik edirsiniz?
- Messiyə görə Argentinaya azarkeşlik edirdim. Amma onlar da artıq mübarizəni dayandırıblar.
- Messinin bu dünya çempionatındakı çıxışı çox müzakirə olundu. Bundan başqa, o, baş məşqçinin işinə müdaxiləsi, heyəti qurması ilə də gündəmə gəldi…
- Yox, mən bu söz-söhbətlərə inanmıram. Böyük futbolçuların ətrafında həmişə belə şayiələr olur.
- Almaniya, Argentina, İspaniya, Portuqaliya kimi yığmalar dünya çempionatı ilə erkən vidalaşdı. Bu cür dünya nəhənglərinin olmaması mundialın səviyyəsini aşağı salmayacaq?
- Məncə, ciddi təsir etməz. Çünki artıq 1/4 final qarşılaşmaları gəlir. Mübarizəni davam etdirən ölkələr də zəif deyillər.
- Sizcə, çempionluğa ən iddialı namizəd hansı ölkədir?
- Braziliya və Fransa mundialın əsas favoritləridir.
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?