Xavi İspaniya millisini çalışdıra bilər

Xavi İspaniya millisini çalışdıra bilər
XƏBƏR 4 İyul 2018 / 13:54 2794
-  A +

İspaniya millisində baş məşqçi vəzifəsinə daha bir namizəd müəyyənləşib.

Qol.az-ın yerli mətbuat istinadən yaydığı xəbərə görə, bu, yığmanın sabiq futbolçusu Xavidir.

İspaniya Futbol Federasiyası bu vəzifəyə namizədlər sırasına "Al-Sadd"ın yarımmüdafiəçisi Xavini də daxil edib.

Qeyd edək ki, baş məşqçi vəzifəsinə namizədlər arasında Kike Sançes Flores, Luis Enrike, Rafael Benites, Unai Emeri, Marselinyo Qarsiya Toral və Roberto Martinesin də olduğu iddia edilir.

Xatırladaq ki, DÇ-2018-in startına 2 gün qalmış "Real"la anlaşdığı üçün istefaya göndərilən Xulen Lapoteqini əvəzləyən Fernando Yerronun yaxın günlərdə istefaya göndəriləcəyi gözlənilir.


Son xəbərlər
topaz banner