"Halldorssonla bağlı konkret təklif "Qarabağ"dan gəldi"

"Halldorssonla bağlı konkret təklif "Qarabağ"dan gəldi"
XƏBƏR 4 İyul 2018 / 13:35 5521
-  A +

“Hannesin dünya çempionatındakı çıxışı diqqətdənkənar qalmadı”.

Qol.az-ın məlumatına görə, bu sözləri Danimarkanın “Randers” klubunun idman və kommersiya direktoru Soren Pedersen deyib. Klubun rəsmi saytına danışan S.Pedersen islandiyalı qapıçı Hannes Tor Halldorssonun “Qarabağ”a keçidinə münasibət bildirib:

“Onunla bağlı çoxlu müraciət var idi. Ancaq konkret təklif “Qarabağ”dan gəldi, biz də qəbul etdik. Hannes bizim ən yaxşı oyunçularımızdan biri idi. Komandamız üçün həm meydanda, həm də ondan kənarda böyük əhəmiyyət kəsb edirdi”.

Qeyd edək ki, 34 yaşlı qapıçı bu gün “Qarabağ”la 2 illik müqavilə bağlayıb.

Son xəbərlər
topaz banner