"Olimpiya" üçün iki yoxlama oyunu

"Olimpiya" üçün iki yoxlama oyunu
XƏBƏR 4 İyul 2018 / 11:29 1427
-  A +

“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Olimpiya” Macarıstanın Zalaeqerzeq şəhərinə gedib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Sloveniya təmsilçisi burada 1 yoxlama oyunu keçirəcək. "Olimpiya" “Ferensvaroş”la (Macarıstan) qarşılaşacaq. Matçdan dərhal sonra Lyublyanaya dönəcək “Olimpiya” cümə günü Misirin “Əl-Əhli” klubu ilə yoxlama görüşündə qüvvəsini sınayacq.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı oyunlar iyulun 11-də və 18-də keçiriləcək.


Son xəbərlər
topaz banner