Riçard Almeyda rəsmən "Astana"da

Riçard Almeyda rəsmən "Astana"da
ÖLKƏ FUTBOLU 4 İyul 2018 / 11:18 3923
-  A +

Mövsümün sonunda “Qarabağ”dan ayrılan Riçard Almeydanın yeni klubu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi “Astana”ya keçib. Xəbəri Qazaxıstan klubunun rəsmi saytı yayıb. Milli komandamızın da formasını geyinən futbolçuyla bağlanmış müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyri-rəsmi xəbərə görə, Almeyda yeni klubunda ilinə 1 milyon avro qazanacaq.

Qeyd edək ki, “Astana”ya mövsümün sonunda “Qəbələ” ilə yollarını ayıran Roman Qriqorçuk başçılıq edir.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır