İslandiyalı qapıçı "Qarabağ"a keçidinin səbəbini açıqladı

İslandiyalı qapıçı "Qarabağ"a keçidinin  səbəbini açıqladı
XƏBƏR 4 İyul 2018 / 10:25 7589
-  A +

"Randers"dən ayrılan Hannes Tour Haldourson "Qarabağ"a keçidinin  səbəbini açıqlayıb.

Qol.az-ın Danimarka klubunun saytına istinadən yaydığı xəbərə görə, bununla bağlı İslandiya millisinin qolkiperi bildirib:

"Randers"də çox xoşbəxt oldum. Randers yaxşı şəhərdir, buradan ayrılmaq asan qərar olmadı. Ancaq indi 34 yaşım var. Buna görə də  yeni bir şey sınamaq, yeni macəra yaşamaq istədim. Burda keçirdiyim iki ildə klubda mənə dəstək olan hər kəsə və azarkeşlərə təşəkkür edirəm. Gələcəkdə kluba uğurlar arzulayıram”.


Son xəbərlər
topaz banner