"Qarabağ" transferi rəsmən açıqladı

"Qarabağ" transferi rəsmən açıqladı
XƏBƏR 4 İyul 2018 / 09:51 5817
-  A +

"Qarabağ" İslandiya millisinin qapıçısı Hannes Tour Haldoursonu transfer etdiyini rəsmən açıqlayıb.

Qol.az-ın  Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, 34 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. Komandanın Avstriyada davam edən təlim-məşq toplanışına yollanan qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkib.

Qeyd edək ki, Haldoursonun son klubu Danimarka "Randers"i olub. O, DÇ-2018-in 1-ci turunda Argentina ilə keçirilən oyunda (1:1) Lionel Messinin penaltisini dəf etməklə oyunun qəhrəmanına çevrilmişdi.




Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner