Polşa millisi baş məşqçisi ilə yolları ayırır - rəsmi

Polşa millisi baş məşqçisi ilə yolları ayırır - rəsmi
XƏBƏR 3 İyul 2018 / 18:22 1538
-  A +

Polşa Futbol Federasiyası millinin baş məşqçisi Adam Navalka ilə yolları ayırmağa qərar verib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, 60 yaşlı mütəxəssislə bu ayın sonu başa çatacaq müqavilənin müddəti uzadılmayacaq.  A.Navalkanın iyulun sonuna kimi komandanı çalışdıracağı, bu müddətdə yeni baş məşqçi ilə danışıqlar aparılacağı vurğulanıb.

Qeyd edək ki, Polşa DÇ-2018-də H qrupunu 3 xalla sonuncu pillədə başa vurmuşdu.


Son xəbərlər
topaz banner