"Qarabağ"a kinoçəkən gəlir - Haldourson kimdir?

"Qarabağ"a kinoçəkən gəlir - Haldourson kimdir?
XƏBƏR 3 İyul 2018 / 17:14 6481
-  A +

"Qarabağ"ın yeni transferi Hanes Tour Haldoursonun ikinci sənəti də var.

Qol.az-ın xəbərinə görə, 34 yaşlı qolkiper peşəkar rejissordur. O, İslandiyada sənədli film, mahnı və reklam klipləri çəkir. İslandiya millisinin qapıçısı 2011-ci ildə "Leynilögga" bədii filmini ərsəyə gətirib.

Haldoursson həm də 2012-ci ildə keçirilən Avroviziya  müsabiqəsində islandiyalı müğənnilər Qreta Saloume və Younsinin ifa etdiyi “Never forget” (“Heç vaxt unutma”) mahnısına çəkilmiş klipin rejissorudur.

Qeyd edək ki,2011-ci ildən İslandiya millisinə dəvət alan Haldourson ölkəsində "Fram", "Aftureldinq", "Leyknir",  Norveçdə "Sandnes", "Bodo", "Bran" və Hollandiyanın  NEK klubunda çıxış edib. Onun son klub isə Danimarka "Randers"i olub. 




Son xəbərlər
topaz banner