Mahrez bu həftə “Mançester Siti”yə keçir

Mahrez bu həftə “Mançester Siti”yə keçir
XƏBƏR 3 İyul 2018 / 16:34 2296
-  A +

“Lester”in yarımmüdafiəçisi Riyad Mahrezin “Mançester Siti”yə keçidi yaxın günlərdə gerçəkləşəcək.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, əlcəzairli futbolçu bu həftə Mançesterə  gedərək, tibbi müayinədən keçəcək. Daha sonra isə onunla rəsmi müqavilə bağlanacağı gözlənilir.

Qeyd edək ki, “Mançester Siti”nin 27 yaşlı futbolçu üçün “Lester”ə 60 milyon funt-sterlinq təzminat ödəyəcəyi bildirilir.

Son xəbərlər
topaz banner