Reyna və Striniç rəsmən “Milan”da

Reyna və Striniç rəsmən “Milan”da
XƏBƏR 3 İyul 2018 / 15:27 2587
-  A +

“Milan” iki futbolçunun transferini gerçəkləşdirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Napoli”dən ayrılan qapıçı Pepe Reynanı və “Sampdoriya”nın sabiq müdafiəçisi İvan Striniç heyətə cəlb olunub.

Hər iki futbolçu ilə 2021-ci ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 35 yaşlı ispaniyalı qolkiper 2015-ci ildən “Napoli”də çıxış edirdi.  Xorvatiya millisinin üzvü Striniç isə 2017/2018 mövsümünü “Sampdoriya”da keçirib.

Son xəbərlər
topaz banner