UEFA nümayəndələri Bakıda - Avroliqanın finalına görə

UEFA nümayəndələri Bakıda - Avroliqanın finalına görə
ÖLKƏ FUTBOLU 3 İyul 2018 / 14:25 3231
-  A +

UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq prosesi ilə tanış olmaq məqsədilə UEFA-nın Avropa Liqası-2019 layihəsinin nümayəndələri Bakıda səfərdədir.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın əməkdaşları, yerli əməliyyat qrupunun üzvləri və UEFA-nın müvafiq layihəsinin nümayəndələri arasında görüş keçirilib, final qarşılaşmasına hazırlıq işləri barədə ətraflı məlumat verilib, geniş fikir mübadiləsi aparılıb.

18 nəfərdən ibarət nümayəndə heyətinin səfəri iyulun 5-dək davam edəcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner