"Real" Neymarla bağlı bəyanat yaydı

"Real" Neymarla bağlı bəyanat yaydı
XƏBƏR 3 İyul 2018 / 12:11 5214
-  A +

“Real” rəsmi saytı vasitəsilə Neymarın transferi üçün PSJ-yə 310 milyon avroluq təklif göndərməsi ilə bağlı yayılan xəbəri təkzib edib.

Qol.az-ın xəbərinə görə, Madrid təmsilçisinin yaydığı bəyanatda deyilir:

“Real” İspaniya İctimai Televiziyasının tamamilə səhv məlumat yayması və tərəflərin fikirlərini öyrənməməsi, xəbəri dəqiqləşdirməyə cəhd etməməsi səbəbindən təəssüf hissi keçirir”.

Qeyd edək ki, İspaniyanın İctimai Televiziyası  “Real”ın Neymara görə PSJ-yə 310 milyon avro təklif etdiyinə dair məlumat yaymışdı.

Son xəbərlər
topaz banner