"Qarabağ"ın rəqibindən növbəti transfer

"Qarabağ"ın rəqibindən növbəti transfer
XƏBƏR 2 İyul 2018 / 18:19 2474
-  A +

“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Olimpiya” növbəti transferini həyata keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Lyublyana təmsilçisi son olaraq Xorvatiya "Rieka"sında çıxış edən Matiç Çrniçi alıb. 26 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubunda 29 nömrəli forma geyinəcək.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı oyunlar iyulun 11-də və 18-də keçiriləcək.


Son xəbərlər
topaz banner