“Bavariya” yeni baş məşqçisini təqdim etdi

“Bavariya” yeni baş məşqçisini təqdim etdi
XƏBƏR 2 İyul 2018 / 17:12 3776
-  A +

“Bavariya” yeni baş məşqçisi Niko Kovaçı ictimaiyyətə təqdim edib.

Qol.az-ın Münhen klubunun Tvitter səhifəsinə istinadən  yaydığı xəbərə görə, xorvatiyalı mütəxəssisin təqdimat mərasimi bu gün keçirilib.

Tədbirdə Kovaç təəssüratlarını bölüşüb: “Yenidən burdayam. “Bavariya”nın məni seçdiyinə görə xoşbəxtəm. Bütün futbolçuların inkişaf etməsini və klubun məqsədinə çatmasını hədəf seçmişik”.

Kovaç sentyabrın 1-dən yeni işinə başlayacaq.

Qeyd edək ki, 46 yaşlı mütəxəssis son olaraq  “Ayntraxt”ı (Frankfurt) çalışıdırıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner