"Atletiko"nun kapitanı Qətər klubunda

"Atletiko"nun kapitanı Qətər klubunda
XƏBƏR 2 İyul 2018 / 16:27 4050
-  A +

"Atletiko"nun kapitanı Qabi Fernandes karyerasını "Əl-Sədd" klubunda davam etdirəcək.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu barədə Qətər klubunun rəsmi "Twitter" səhifəsi məlumat paylaşıb. 35 yaşlı futbolçunun bu gün sözügedən ölkəyə gedərək tibbi müayinədən keçəcəyi bildirilib. Onun yeni komandası ilə 3 illik müqavilə bağlayacağı və ümumilikdə 19 milyon avro qazanacağı söylənilir.

Qeyd edək ki, Qabi "Barselona"nın sabiq yarımmüdafiəçisi Xavi Ernandesin komanda yoldaşı olacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner