“Qəbələ”nin rəqibindən darmadağın

“Qəbələ”nin rəqibindən darmadağın
XƏBƏR 2 İyul 2018 / 15:58 1655
-  A +

Avropla Liqasının 1-ci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Proqres” yoxlama oyunu keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Lüksemburq təmsilçisi Almaniyanın Regional Liqasında çıxış edən “Rexlinq Felqlinqen”lə qarşılaşıb. Görüş “Proqres”in böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.

Qeyd edək ki, “Proqres” “Qəbələ” ilə iyulun 12-də Qəbələdə, iyulun 19-da isə Lüksemburqda qarşılaşacaq.

Son xəbərlər
topaz banner