Samet Aybaba yığmamızın üzvünü bəyəndi

Samet Aybaba yığmamızın üzvünü bəyəndi
ÖLKƏ FUTBOLU 2 İyul 2018 / 14:35 4065
-  A +

21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozancan Kökcü "Bursaspor"la yeni mövsümün hazırlıqlarını davam etdirir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 19 yaşlı yarımmüdafiəçi məşqlərdə sərgilədiyi performansla komandanın baş məşqçisi Samet Aybabanın diqqətini cəlb edə bilib. S. Aybaba Kökcü ilə yanaşı, Çağatay Yılmaz, Əmirhan Aydoğan və Furkan Əmrə Ünvəri də yeni mövsüm üçün komandasında görmək istəyir.

Qeyd edək ki, müqavilə ilə "Bursaspor"a məxsus olan Kökcü ötən mövsümün ikinci yarısını icarə əsasında Hollandiyanın "Vaalveyk" klubunda keçirmişdi.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır