“Barselona” yeni mövsümdən geyinəcəyi səfər formasını ictimaiyyətə təqdim edib.
Qol.az-ın klubun Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, “Nike” firmasının hazırladığı yeni forma sarı rəngdədir.
Qeyd edək ki, "Barsa"nın daha əvvəl təqdim etdiyi ev forması ənənəvi olaraq qırmızı-mavi rəngdədir.