"Qarabağ"ın rəqibi Misir çempionu ilə qarşılaşacaq

"Qarabağ"ın rəqibi Misir çempionu ilə qarşılaşacaq
XƏBƏR 2 İyul 2018 / 12:37 1585
-  A +

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiya" klubu yoxlama oyunu keçirəcək.

Qol.az-ın Sloveniya mətbuatına istinadən yaydığı xəbərə görə, Lyublyana təmsilçisi bu həftə "Əl-Əhli" klubu ilə qarşılaşacaq. Misir çempionu ilə oyunun Xorvatiyada keçiriləcəyi bildirilsə də, vaxtı barədə dəqiq məlumat verilməyib.

Qeyd edək ki, "Qarabağ"la "Olimpiya" arasında ilk oyun iyulun 10-da Lyublyanada olacaq və Bakı vaxtı ilə 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 18-də paytaxtımızda keçiriləcək. Həmin görüşün başlama vaxtı 21:00-dır.

Son xəbərlər
topaz banner