Komandası uduzsa da, ən yaxşı seçildi
Danimarka millisi dünya çempionatının 1/8 final mərhələsində Xorvatiyaya penaltilər seriyasında uduzub -2:3.
Qol.az xəbər verir ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan görüşün ən yaxşı oyunçusu Danimarka millisinin qapıçısı Kasper Şmeyhel seçilib.
O, 120 dəqiqə ərzində qapısına endirilən 7 zərbədən 6-nı, eləcə də 116-cı dəqiqədə Luka Modriçin penaltisini dəf edib.
Şmeyhel oyunsonrası penaltilər seriyasında rəqibin 2 zərbəsini qaytarsa da, bu, komandasının qələbəsi üçün bəs etməyib.