Putin Rusiya millisini təbrik etdi

Putin Rusiya millisini təbrik etdi
XƏBƏR 2 İyul 2018 / 00:13 2585
-  A +

Rusiya İttifaqının prezidenti Vladimir Putin ölkə yığmasını dünya çempionatının 1/4 finalına yüksəlməsi münasibəti ilə təbrik edib.

Qol.az-ın sports.ru-ya istinadən yaydığı xəbərə görə, bu haqda Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib:

“Bütün ölkə kimi Putin də əvvəldən sona kimi görüşü izlədi və millimizə azarkeşlik etdi. Hələ oyundan öncə prezident baş məşqçiyə zəng vuraraq İspaniya ilə matçda komandaya uğur arzuladı.
Putin onu da qeyd edib ki, matçın gedişatından asılı olmayaraq heç kim komandanı tənqid etməyəcək. Çünki Stanislav Çerçesovun rəhbərliyi altında yığmamız qrupdan növbəti mərhələyə adlamaqla artıq uğura imza atıb

Oyundan sonra Putin yenidən Çerçesova zəng edərək bütün komanda üzvlərini qələbə münasibəti ilə təbrik etdi. O, xüsusi olaraq vurğuladı ki, məşqçi tərəfindən seçilən taktika özünü doğrultdu. 
Dövlət başçısı Çerçesova və komandaya növbəti oyunda da uğurlar arzuladı”.

Xatırladaq ki, İspaniya – Rusiya oyununun əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn Rusiya millisi 1/4 finala yüksəlib. 

Son xəbərlər
topaz banner