Buffonun PSJ-yə keçidi nə vaxt rəsmiləşəcək?
Mövsümün sonunda “Yuventus”dan ayrılan Canluici Buffon PSJ-yə keçməyə yaxındır.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 40 yaşlı qolkiper qarşıdakı həftədə Parisə gedərək, tibbi müayinədən keçəcək. Təcrübəli qapıçı ilə 2 illik müqavilə bağlanacağı iddia olunur.
İtaliyalı qolkiper yeni klubunda ilinə 8 milyon avro qazanacaq.