Argentina millisinin hücumçusu Lionel Messi bu gün milli komandasının Moskva ətrafında düşərgəsini təkbaşına tərk edib.
Qol.az-ın AFR-ə istinadən yaydığı xəbərə görə, o, bu gün düşərgədən ayrılıb. Komandanın bir qrup digər futbolçusunun isə iyulun 2-dn 3-nə keçən gecə birgə çarter reysi ilə Moskvadan Buenos-Ayresə yola düşəcəyi bildirilir.
Xatırladaq ki, Argentina millisi DÇ-2018-in 1/8 finalında dünən Fransaya 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.