"Çelsi" Kurtuaya əvəzləyici tapdı

"Çelsi" Kurtuaya əvəzləyici tapdı
XƏBƏR 1 İyul 2018 / 10:33 3669
-  A +

“Çelsi” Tibo Kurtuanı “Real”a satmağa hazırdır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “zadəganlar” belçikalı qolkiperə görə “kral klubu”ndan 56 milyon avro tələb edir. Qolkiperin gələn il müqaviləsinin başa çatacağını nəzərə alan London təmsilçisi onu satıb müəyyən gəlir əldə etmək istəyir.

“Çelsi” artıq Kurtuanın boşluğunu kiminlə dolduracağını da müəyyənləşdirib. İngilis klubu “Roma”dan Alison Bekeri heyətinə qatmaq niyyətindədir. İtaliya təmsilçisi braziliyalı qolkiperə 73 milyon avro qiymət qoyub. “Real” Kurtuanı alsa, “Çelsi” “Roma” ilə danışıqlara başlayacaq.

Son xəbərlər
topaz banner