Argentinanın millisinin daha bir futbolçusu yığmadakı karyerasını başa vurub.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu, Lukas Biqliyadır. 32 yaşlı yarımmüdafiəçi DÇ-2018-in 1/8 finalında Fransaya 3:4 hesablı məğlubiyyətdən sonra bununla bağlı bildirib: "Yerimi gənclərə vermək vaxtıdır. Bizdə yeni istedadlı oyunçular var".
Qeyd edək ki, L.Biqliya DÇ-2018-də təkcə İslandiya ilə matçda meydana çıxıb.
Xatırladaq ki, bu gün Xavyer Maskerano da millidən getdiyini açıqlayıb.