FİFA dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona ilə əməkdaşlığa son qoyub.
Qol.az-ın "Diario Correo"ya istinadən yaydığı xəbərə görə, buna onun DÇ-2018-in qrup mərhələsinin sonuncu turunda Nigeriya - Argentina ilə matçda (1:2) etdiyi qeyri-etik jest səbəb olub. Maradona Argentinanın qələbə qolundan sonra kiməsə orta barmağını göstərib, nigeriyalı azarkeşlərin üstünə qışqırıb.
Qeyd edək ki, D.Maradona FİFA-nın səfiri kimi DÇ-2018-in oyunlarını izləyirdi. O, baxdığı hər oyuna görə 10 min funt sterlinq qazanırdı.