"Qarabağ" daha bir qapıçı ilə maraqlanır.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi "Verona"nın qapıçısı Nikolya Andradeni transfer etmək istəyir. "Qarabağ"ın İtaliya klubu ilə 2020-ci ilin yayına kimi müqaviləsi olan braziliyalı qolkiper üçün artıq təklif göndərdiyi bildirilib. Bununla bağlı iki klub arasında danışıqların davam etdiyi vurğulanıb.
Qeyd edək ki, "Qarabağ"ın qapıçılar Vinçenzo Fiorillo ("Peskara") və azar agent olan Con Makloflinlə də maraqlandığı iddia olunur.