"Qarabağ"ın rəqibi 18 yaşlı hücumçu aldı

"Qarabağ"ın rəqibi 18 yaşlı hücumçu aldı
XƏBƏR 29 İyun 2018 / 20:12 2539
-  A +

“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Olimpiya” növbəti transferini həyata keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Lyublyana təmsilçisi ölkənin ikinci liqasında çıxış edən "Bravo"nun futbolçusu Haris Kadriçi alıb. 18 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı oyunlar iyulun 11-də və 18-də keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner