"Bavariya"nın futbolçusu Xames Rodriqes Münhen klubunu tərk edə bilər.
Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, yeni baş məşqçi Niko Kovaç kolumbiyalı yarımmüdafiəçini komandada görmək istəmir.
Müqavilə ilə "Real"a məxsus olan X.Rodriqesin "Bavariya" ilə icarə müddəti 2019-cu ilin yayında başa çatır. Onunla "Çelsi" və "Arsenal"ın maraqlandığı iddia olunur.
Qeyd edək ki, X.Rodriqes ötən mövsüm 39 matçda 8 qol vurub, 14 qolun ötürməsini verib.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil