"Zirə" FİFA-ya şikayət edir

"Zirə" FİFA-ya şikayət edir
ÖLKƏ FUTBOLU 29 İyun 2018 / 17:03 3756
-  A +

Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən "Zirə" Riçard Qadze ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, qanalı hücumçunun başa çatan müqaviləsi qarşılıqlı razılıq əsasında uzadılmayıb.

"Zirə" kamerunlu müdafiəçi Jozef Bumu isə FİFA-ya şikayət etməyə hazırlaşır. Mövsümün əvvəlində gələn və 1+1 illik müqavilə bağlayan futbolçu ilə sözləşməsinin uzadılıb-uzadılmaması hüququ kluba məxsusdur. Ancaq ailə problemlərini səbəb göstərən Bum hələ də komandanın düşərgəsinə qayıtmayıb. Onun "Zirə"də oynamaq istəmədiyi bilidirilir. Məhz bu səbəbdən klub rəhbərliyi yaxın günlərdə məsələ ilə bağlı hüquqi addımlar atacaq.

Aleksandr Dedov və Sadio Tounkara isə artıq komandanın hazırlığına qoşulublar.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır