"Uypeşt" - "Neftçi": hakimlər açıqlandı

"Uypeşt" - "Neftçi": hakimlər açıqlandı
XƏBƏR 29 İyun 2018 / 12:30 2759
-  A +

"Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Uypeşt"lə cavab oyununu idarə edəcək hakimlər briqadası müəyyənləşib.

Qol.az-ın Yunanıstan Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, UEFA görüşü elə bu ölkədən olan referilərə həvalə edib. Matçın baş hakimi Anastasius Papapetru olacaq. Ona Trifon Petropulos, Kamburis Vassilios və Angel Evangelios köməklik edəcəklər.

Qeyd edək ki, "Neftçi" ilə "Uypeşt" arasında ilk oyun iyulun 12-də Bakıda, cavab matçı isə iyulun 19-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Son xəbərlər
topaz banner