"Keşlə"nin Meza Kolli və Sohnası haradadır?

"Keşlə"nin Meza Kolli və Sohnası haradadır?
XƏBƏR 28 İyun 2018 / 16:21 2644
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” tam heyətlə məşq edə bilmir.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Ebrima Sohna və Sezar Meza Kolli hələ də düşərgəyə qoşulmayıblar. Hər iki legioner viza məsələsinə görə gecikir. Sohnanın bu gün axşam saatlarında komandanın qaldığı Kızılcahamama gedəcəyi bildirilib. Meza Kolli isə 2 gündən sonra düşərgədə olacaq.

Qeyd edək ki, iyul ayının 10-dək davam edəcək təlim-məşq toplanışında “Keşlə” 3 yoxlama matçı keçirməyi planlaşdırır. Komanda iyunun 30-da Bosniya və Herseqovinanın "Çelik", iyulun 3-də Estoniyanın “Levadiya”, iyulun 6-da isə İranın “Traktorzasi” klubu ilə üz-üzə gələcək.

Son xəbərlər
topaz banner