9 günlük baş məşqçi
İyunun 18-də "Sportinq"ə baş məşqçi təyin edilən Sinişa Mihayloviç ötən gün vəzifəsindən uzaqlaşdıırlıb.
Qol.az-ın "BBC"yə istinadən yaydığı xəbərə görə, bu barədə Lissabon klubunun yeni prezidenti Xose Souza Sintra məlumat verib.
O, serbiyalı mütəxəssisin onların gələcək planına daxil olmadığını bildirib: "Miyahloviçin ilk işi klubun təlim-məşq toplanış yerini dəyişmək oldu. Buna görə də 300 min avro itirdik. Bunlar bizə xoş gəlmədi".
Klub rəhbəri yeni baş məşqçinin iyulun 2-nə qədər təyin ediləcəyini deyib.
Xatırladaq ki, Mihayloviç "Sportinq"lə 3 illik müqavilə imzalamışdı.