"Keşlə" Türkiyəyə getdi - rəqiblər bəllidir

"Keşlə" Türkiyəyə getdi -  rəqiblər bəllidir
XƏBƏR 28 İyun 2018 / 01:42 2308
-  A +

Bakı toplanışını başa vuran “Keşlə” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa hazırlıqlarını davam etdirmək məqsədilə Türkiyənin Kızılcahamam vilayətinə gedib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Patalya hotelində məskunlaşan komanda səhər məşqə çıxacaq.

İyul ayının 10-dək davam edəcək təlim-məşq toplanışında “Keşlə” 3 yoxlama matçı keçirməyi planlaşdırır. Komanda ilk yoxlama matçını iyun ayının 30-da Bolu vilayətində Bosniya və Herseqovinanın "NK Celik Zenica" komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17.00-da başlanacaq.

İkinci yoxlama matçındakı rəqibi “Levadia” komandası olacaq. Estoniya təmsilçisilə qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da baş tutacaq.

Toplanış çərçivəsində son yoldaşlıq matçı iyulun 6-da keçiriləcək. Bu dəfə paytaxt təmsilçisi İranın “Traktorzasi” komandası ilə üz-üzə gələcək. Oyunun başlanma vaxtı hələlik bəlli deyil.

Son xəbərlər
topaz banner