"Neftçi” Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 24 yaşlı yarımmüdafiəçi ilə 2018/2019 mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb.
Yeni müqaviləyə görə Hacıyev 2019/2020 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək.
Milli komandamızın da üzvü olan futbolçu ötən mövsüm 32 oyunda 6 qola imza atıb.
Qeyd edək ki, "Neftçi" bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov və Emin Mahmudovla müqavilə yeniləmişdi.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi