"Qəbələ"nin rəqibindən növbəti transfer

"Qəbələ"nin rəqibindən növbəti transfer
XƏBƏR 27 İyun 2018 / 12:38 2017
-  A +

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Proqres" klubu növbəti transferini gerçəkləşdirib.

Qol.az-ın Lüksemburq mətbuatına istinadən yaydığı xəbərə görə, Niederkorn təmsilçisi Kipr "Olimpiakos"undan Romeu Torresin keçidini həll edib. 31 yaşlı argentinalı hücumçu ilə rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, "Proqres" bundan əvvəl fransalı müdafiəçi Cordon Qobronu heyətinə qatıb.

Son xəbərlər
topaz banner