"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyununun saatı bilindi

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyununun saatı bilindi
ÖLKƏ FUTBOLU 27 İyun 2018 / 12:20 3690
-  A +

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın Kiyev "Dinamo"su ilə keçirəcəyi yoxlama oyununun yeri və başlama saatı bəlli olub.

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, Şvats şəhərindəki stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Qeyd edək ki, bu, "Qarabağ"ın Avstriya toplanışı çərçivəsində 4-cü, yəni sonuncu yoxlama oyunu olacaq. Bundan əvvəl Bolqarıstannın "Ludoqorets"  və Avstriyanın "Vakker İnsbruk" klubları ilə heç-heçə (1:1, 0:0) edən Ağdam klubu 3-cü sınağında isə iyunun 30-da Suriya millisi ilə üz-üzə gələcək.

Daha çox


Son xəbərlər
topaz banner