“Ötən mövsüm “Olimpiya” cəmi 3 oyunda uduzub. Ona görə də indi ən azından bu uğuru təkrarlamaq istəyirik”.
Qol.az-ın Sloveniya mətbuatına istinadən məlumatına görə, bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya” klubunun baş məşqçisi İliya Stolitsa deyib. Avrokuboklarda yaxşı çıxış etmək istədiklərini söyləyən gənc mütəxəssis “Qarabağ”dan da danışıb:
“Planlarımıza avrokuboklarda uğurlu çıxış etmək də daxildir. Çempionla Liqasında bizə çox güclü rəqib düşdü. “Qarabağ”ın qrup mərhələsində oynaması çox şeydən xəbər verir. Onların güclü heyəti var. Ancaq bizim də fəal azarkeşlərimiz, gözəl strukturumuz və əla oyunçularımız var. Yeni transferlər də bizə kömək edə bilərlər”.
Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında ilk görüş iyulun 11-i Lübyanada keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Bu görüşün başlama saatı isə 21:00-dır.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Premyer Liqa klubunda yeni baş məşqçi