"Bizə ən çətin və gözlənilməz rəqib düşdü” - Qurban Qurbanov

"Bizə ən çətin və gözlənilməz rəqib düşdü” -  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 19 İyun 2018 / 15:08 8177
-  A +

“Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Klubun rəsmi saytına açıqlama verən baş məşqçi "Olimpiya"nı ən çətin rəqib adlandırıb: “Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq ki, oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü”.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner