“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, Ağdam klubuna keçidindən danışan futbolçu Polşa yığmasının dünya çempionatındakı şanslarını dəyərləndirib.
- Azərbaycanda isti hava şəraitinə uyğunlaşmağınız çox vaxtınızı aldı?
- Mən günəşli havanı sevirəm. Ona görə də adaptasiya prosesini tez keçdim. Qışda havanın temperaturu müsbət 2-5 dərəcə olur. Bu baxımdan Azərbaycan Polşadan çox fərqlənir. Biz adətən axşamlar – hava sərin olanda məşq edirik. Çempionlar Liqasının pley-of mərhələsinin “Kopenhagen”lə ilk oyununda 30-cu dəqiqədən sonra rəqib komandanın oynamaq üçün gücü qalmamışdı. Oyun saat 20:00-da, temperatur isə 37 dərəcə idi.
- Uzaq ölkəyə gedəndə ehtiyat etmədiniz?
- Əminliklə deyə bilərəm ki, yox. Azərbaycandan təklif gələn kimi Yaçek Maqyero ilə danışdım. Onu tək məşqçim yox, həm də dostum kimi görürəm. Bilirdim ki, mənə ən doğru məsləhəti verəcək. Dedi ki, özünü ölkə xaricində sınamaq üçün son şansındır. “Qarabağ” hər il avrokuboklarda oynayan komandadır. Bu kluba keçəndən sonra Çempionlar Liqasında oynadıq. Hansı ki, “Legiya”da bunu heç vaxt etməmişdim. Başqa bir mühiti sınamaq istədim. Halbuki “Legiya”dan başqa bir komandaya gedəcəyimi təsəvvür belə etməzdim.
- Azərbaycan Premyer Liqasını Polşa çempionatı ilə necə müqayisə edərdiniz? Hansı daha güclüdür?
- Bunlar tamamilə fərqli çempionatlardır. Azərbaycanda “Qarabağ” və “Qəbələ” ilə digər klublar arasında fərq çox böyükdür. Bu komandalar ötən mövsüm Polşa çempionatında mübarizə aparsaydılar, hətta qızıl medal da qazana bilərdilər. Digər 6 komanda isə bizim liqada aşağı sıralarda qərarlaşardı.
- Həmişə Polşa çempionatının bir çox oyunlarınız izləyirdiniz. Azərbaycanda da bunu edə bilirsiniz?
- Tez-tez nəticələrə baxıram. Azərbaycan və Polşanın televiziya verilişləri arasında fərq çox böyükdür. Hətta deyərdim ki, uçurumdur. Xanımım bizim səfər oyunlarımızı izləyir və oyunçuları tanımaq mümkün olmadığı üçün təəssüflənir.
- Dünya çempionatında Polşa millisindən nə gözləyirsiniz?
- Avropa və dünya çempionatları fərqli turnirlərdir. Çünki dünya çempionatında başqa qitələrdən də yığmalar iştirak edir. Düşünürəm ki, ilk 2 oyun bizim üçün həlledici olacaq.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?