"Qarabağ"la iki dəfə heç-heçə etdiyimiz üçün ÇL-lə vidalaşdıq" - Qrizmann

"Qarabağ"la iki dəfə heç-heçə etdiyimiz üçün ÇL-lə vidalaşdıq" -  Qrizmann
ÖLKƏ FUTBOLU 6 İyun 2018 / 15:40 4119
-  A +

"Atletiko"nun hücumçusu Antuan Qrizmann ötən mövsüm Çempionlar Liqasında mübarizəni dayandırmalarının səbəblərindən danışıb.

Qol.az-ın yaydığı xəbərə görə, fransalı futbolçu "Spox.com"a açıqlamasında "Qarabağ"la görüşlərdəki xal itkilərini turnirlə vidalaşmalarının əsas səbəbi kimi göstərib:

"Biz "Çelsi" və "Roma" kimi güclü komandalara qarşı pis oynadıq. "Qarabağ"la iki oyunda heç-heçə isə Çempionlar Liqasında mübarizəni dayandırmağımızla nəticələndi".

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la keçirilən hər iki oyunda (0:0, 1:1) xal itirən Madrid klubu Avroliqada mübarizə aparıb və turnirin qalibi olub.

Daha çox


Son xəbərlər
topaz banner